Məktəbimizin şagirdi qalib oldu

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin İkinci Qarabağ müharibəsinin ildönümü münasibətilə IX-XI sinif şagirdləri arasında keçirdiyi “Xarıbülbül” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə qaydalarına uyğun olan 32 inşa yazısı maksimal 10 ballıq sistemlə qiymətləndirilib, münsiflər heyətinin yekun qərarına əsasən qaliblər müəyyən olunub.
Məktəbimizin 11"A " sinif şagirdi Qurbanova Qənirə də bu müsabiqədə iştirak edib və beşinci yerə nail olaraq fəxri fərmanla və müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Şagirdimizin uğur qazanmasında ona Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən, sevdirən, Sadıqova Cəmalə müəllimin də rolu böyükdür.
Qənirəni bu uğuru münasibətilə məktəbin müəllim və şagird kollektivi adından təbrik edir, davamlı uğurlar arzulayırıq