Məktəbimizdə Zəfər gününü qeyd olundu

Məktəbimizdə Zəfər Gününün birinci ildönümü münasibətilə kütləvi tədbirlər təşkil olunub. Tədbirə məktəbimizin məzunları, Vətən müharibəsi iştirakçıları Əliyev Nicat, İbrahimli Ayxan, Kərimov Sabir dəvət olunublar.
Onlar çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sarsılmaz birliyi və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə etdiyimiz Zəfərə gedən yoldan, ordumuzun hərbi hazırlığından, əsgərlərimizin şücaətindən, döyüşlərdən böyük qürurla bəhs ediblər.