Gülnarə müəllimə “Əməkdar müəllim” adına layiq görüldü

Təhsili Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri adlandıran möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamları ilə hər il Beynəlxalq Müəllimlər Günü ərəfəsində bir çox müəllim fəxri ada, dövlət təltiflərinə layiq görülür. Bu il də Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Prezident İlham Əliyev "Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında" Sərəncam imzalayıb.
Təltif olunanlar sırasında məktəbimizin kimya-biologiya müəllimi Quliyeva Gülnarə Xuduş qızı da vardır. Məktəbimizin rəhbərliyi və bütün kollektivi adından Gülnarə müəlliməni təbrik edir, ona şərəfli işində daha böyük uğurlar arzulayırıq.