Anım günündə qazilərlə görüş təşkil olundu

Bu gün – 27 Sentyabr Vətən müharibəsi şəhidlərinin anım günüdür. Anım günü münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbimizə dəvət olunan qazilər qarşısında şəhidlər haqqında, vətənpərvərlik ruhunda şeirlər söylənildi, musiqi nömrələri səsləndi. Qazilərə müharibə ilə bağlı suallar verildi. Onlar keçdikləri döyüş yollarından, əldə etdikləri uğurlardan, vətənə olan sevgisindən qururla, fəxarətlə danışırdılar. Şagirdləri maraqlandıran bütün suallar cavablandırılırdı. Vətən müharibəsi iştirakçıları ilə təşkil edilmiş bu görüş şagidlərimizin qəlbində unudulmaz izlər buraxacaq, xalqa, millətə, Vətənə məhəbbət hissini daha dərindən aşılayacaq. Belə görüşlərin keçirilməsi şagirdlərimizin vətənpərvər ruhda yetişməsi üçün ən gözəl örnəkdir.