Məktəb pedaqoji heyət iclası keçirildi

Yeni dərs ilinin başlanması münasibətilə 20.09.2021-ci il tarixində pandemiya şəraitində sanitar epidemioloji qaydalar çərçivəsində məktəb pedaqoji heyətinin iclası keçirildi. Məktəb rəhbərliyi və kollektivi Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsində qalib gələn müəllimləri təbrik etdi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinin qalibləri olan, məktəbin ibtidai sinif müəllimləri Səmədova Mətanət “Robototexnika və 3D bacarıqlarının artırılması üçün dərnəyin təşkili”, Hacıyeva Gülşən “Hərbi Steam mühəndisləri” layihəsinin məqsəd və vəzifələri haqqında pedaqoji heyətə məlumat verdi.