Müəllimlərimiz V qrant müsabiqəsinin qalibi oldular

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələri açıqlanıb.
Məktəbimizin müəllimləri Səmədova Mətanət Yelmar qızı “Robototexnika və 3d dizayn bacarıqlarının artırılması üçün dərnəyin təşkili“ layihəsinə, Hacıyeva Gülşən Yelmar qızı isə “Hərbi STEAM mühəndisləri” layihəsinə görə qrant qazanmışlar.
Onları bütün kollektivimiz adından təbrik edirik və layihələrinin həyata keçirilməsində uğurlar arzulayırıq.