Şagirdlərimiz Hərbi Qənimətlər Parkını ziyarət etdi

    Bu gün Azərbaycan xalqı öz təqvimində daha bir əlamətdar günü qeyd edir. Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin zəhməti ilə əsası qoyulan; Mübariz İbrahimovla dirçələn; Murad Mirzəyevlə güc toplayan; Polad Həşimov, İlqar Mirzəyevlə irəli atılan və nəhayət Xudayar Yusifzadə, Cəbrayıl Dövlətzadə ilə zirvəyə yüksələn Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilk dəfə 1918-ci il 26iyun tarixində Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə yaradılmışdır. Bu il Vətən müharibəsindən sonra ilk dəfə qeyd edilən 26 iyun- Silahlı Qüvvələr Günü hər zaman olduğundan daha böyük məna daşıyır. İkinci Qarabağ müharibəsi dövründə hərbçilərimizin, əsgərlərimizin dillərə dastan olan, bütün dünyaya səs salan igidliyi və qazandığı möhtəşəm qələbə hər bir azərbaycanlıya ikinci həyat verdi.

   Bu tarixi gündə 6 “A” sinif şagirdləri sinif rəhbəri, tarix müəllimi Yusifova Səbinə ilə birlikdə Hərbi Qənimətlər muzeyində olmuş, müzəffər ordumuzun 44 günlük müharibədə əldə etdiyi qənimətlərlə tanış olmuşlar. Bu möhtəşəm tarixi gün münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğulların qarşısında baş əyir, qazilərimizə can sağlığı arzu edir və bütün hərbçilərimizi ən xoş arzularla təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi