Qəhrəman məzunlarımız medallarla təltif olundular

    Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə düşməni məhv etməklə yanaşı, həm də bütün dünyaya ölkəmizin gücünü, qüdrətini göstərən bir qələbə oldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla Azərbaycanın hərb tarixinə şanlı Zəfər, yeni bir salnamə yazdılar.

   Məktəbimizin məzunları Əliyev Nicat Elşən oğlu və İbrahimli Ayxan İlham oğlu da Vətən uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşan əsgərlərdəndirlər.

   İgid məzunlarımızın döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Cənab Prezidentin Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdurlar.

   Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda mübarizə aparan qəhraman məzunlarımız – Əliyev Nicat Elşən oğlu və İbrahimli Ayxan İlham oğlu ilə qürur duyuruq və fəxr edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi