Proqramlaşdırma və riyaziyyat üzrə beynəlxalq onlayn-müsabiqənin qalibləri

    25- 31 dekabr 2020- ci il tarixində “Şaxta babanı upgrade et” qış onlayn-kvesti adlanan “Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi  8-15 yaş arası məktəblilər arasında beynəlxalq musabiqə keçirildi. Həmin müsabiqədə iştirak edən məktəbimizin 6”D” sinif şagirdlərindən ibarət komanda fərqlənərək dünya və ölkə üzrə birinciliyi qazandılar. Müsabiqənin şərtlərinə  əsasən komanda üzvləri ayrı ayrılıqda riyaziyyat və proqlaşdırmaya aid tapşırıqları uğurla yerinə yetirərək Şaxta babanın komandasına kömək edərək qalib oldular.

      Bu nailiyyəti qazanan şagirdlərimizi : Eltac  Məmmədlini (komandanın kapitanı), Xədicə Əsgərova, Camal Əliyev, Sadiq İsmayılov, Kamilla Atakişiyeva, Şükran Kərimlini eləcə də komandanın uğurlu fəaliyyətində  xüsusi əməyi olan müəllim Mirizadə Gülşən Məmməd qızını da bu münasibətlə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi