Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında “Vətən uğrunda” medalı ilə təltif edilən şəhid məzunlarımızı sevgi və qürur hissi ilə anırıq

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Vətən uğrunda” medalı ilə təltif edilsinlər:
Eyyubov Tural Yadulla oğlu – leytenant (ölümündən sonra)
Solnsev Dmitriy Aleksandroviç – əsgər (ölümündən sonra)
Qasımlı Mir Həmid Nazim – əsgər (ölümündən sonra)
Mikayılzadə Rəşad İlham– əsgər (ölümündən sonra)