İkinci Qarabağ müharibəsinin iştirakçısı olan məzunlarımız

     Vətənin çətin günündə vətənə olan borclarını ləyaqətlə yerinə yetirənlər içərisində məktəbimizin  də məzunları  vardır. İbrahimzadə Rza Əziz oğlu, Cuvarov Elçin Təbriz oğlu, Quliyev Elvin Rövşən oğlu, Əliyev Nicat Elşən oğlu, İbrahimli Ayxan İlham oğlu, Kərimov Sabir İlqar oğlu, Kərimov Eldar İlqar oğlu, Eyyubov Tural Yadulla oğlu, Solntsev Dimitriy, Qasımlı Mirhəmid Nazim oğlu, Mikayılzadə Rəşad İlham oğlu
Vətənə məhəbbət, düşmənə nifrət hissi onları "Dəmir yumruq" adlı döyüş əməliyyatlarının döyüşçülərindən etdi. Məzunlarımız Vətənimizin azadlığı, ərazi bütövlüyünü təmin etmək üçün torpaqlarımızın düşmən işğalından azad olunmasında yaxından iştirak etdilər. Bəziləri: Dmitriy Solntsev, Eyyubov Tural Yadulla oğlu, Qasımlı Mirhəmid Nazim oğlu, Mikayılzadə Rəşad İlham oğlu qəhrəmancasına şəhid oldu, bəziləri: Kərimov Sabir İlqar oğlu sağlamlığını itirdi, bəziləri isə: Əliyev Nicat Elşən oğlu, İbrahimli Ayxan İlham oğlu, Quliyev Elvin Rövşən oğlu, İbrahimzadə Rza Əziz oğlu, Cuvarov Elçin Təbriz oğlu, Kərimov Eldar İlqar oğlu hələ də öz əsgəri borclarını yerinə yetirirlər, sərhədlərimizi qoruyurlar. Biz Sizinlə qürur duyuruq, vətənpərvər Azərbaycan əsgəri!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi