ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN MƏZUNUMUZ

    Eyyubov Tural Yadulla oglu 02.07.1992-ci il tarixində Kürdəmir rayonu, Mollakənd kəndində anadan olub.

Qəhrəman şəhidimiz orta təhsilini 240 nömrəli tam orta məktəbdə alıb və öz savadı, biliyi,nümunəvi davranışı ilə həmyaşıdlarından daim fərqlənib. Tural orta məktəbi əla qiymətlərlə bitirərək 2009-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsinə qəbul olub

2013-cü ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb və hərbi xidməti bitirdikdən sonra könüllü olaraq müddətdən artıq xidmət edib.Qulluq müddətində leytenant hərbi rütbəsi verilib.

2019-cu ilin iyul ayında ailə həyatı qurmuşdur. Şəhimiz Vətənə o qədər bağlı idi ki, öz toyunda Azərbaycan Respublikasının ürçəngli bayrağına bürünmüşdü.

2020-ci ilin sentyabrında Vətən müharibəsi başlayanda könüllü olaraq komissarlığa müraciət edib və Vətəni işğalçılardan qorumaq üçün döyüş bölgəsinə yollanıb. Oktyabrın 25-i şəhid olub.

Özündən sonra Vətənə əmanət hələ dünyaya göz açmamış körpəsini yadigar qoydu.

Allah rəhmət eləsin. Məkani cənnət olsun! Ruhu qarşısında baş əyirik! Şəhidimizi unutmayaq, unutdurmayaq !!!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi