Vətəni canından əziz tutan Şəhidimiz

Məktəbimizin məzunu olan Dimitriy Solntsev biz müəllimlərin xatirində, yaddaşında tərbiyəli, çalışqan, məktəbin ictimai həyatında fəal iştirak edən, öz doğma vətənini dərin məhəbbətlə sevən və hamı tərəfindən hörmət qazanan sevimli bir şagird kimi qalmışdır.
Dünən hələ kiçik bir oğlan, bu gün isə yetkin bir gənc... Öz sevimli işini yarımçıq qoyub könüllü olaraq cəbhəyə yollanan Dimitriy doğma vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik və şücaət göstərmişdir. Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə öz həyatından keçərkən vətənə dərin məhəbbət hissi səndə qələbəyə böyük inam yaratmışdır.
Deyirlər qəhrəmanlar ölmür, sadəcə cismən bizi tərk edirlər. Biz sənə minnətdarıq, Dimitriy, sənin öz qəhrəmanlığınla yazdığın tarix həmişə yaddaşlarda qalacaq. Sən qısa, lakin şərəfli bir ömür yolu keçdin.
Məktəb kollektivi sənin əziz xatirəni dərin ehtiramla yad edir. Biz əminik ki, məktəbimizin şagirdləri üçün sənin qəhrəmanlıq yolun bir örnək olacaq.