Şəhidlik zirvəsinə ucalan məzunumuz

  Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi.

  Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də məktəbimizi 2012-ci ildə bitirən Qasımlı Mirhəmid Nazim oğludur.

  Təhsil aldığı müddətdə sakit təbiəti, gözəl tərbiyəsi, müəllimlərinə və yoldaşlarına olan xoş münasibəti ilə seçilər, yadda qalardı. Bu sakit təbiətli gəncin qəlbi Vətən eşqi ilə dolu idi.

  Dərslərdə Xocalı soyqırımı, I Qarabağ müharibəsi ilə bağlı mövzulardan danışanda sinif yoldaşları ilə birlikdə kövrələn qəlbindəki ağrı-acını gözlərinin ifadəsində görmək olurdu.

  Əsgəri xidmətini yenicə başa vursa da, səfərbərlik çağırışını eşidən kimi Mirhəmid də qəldi Vətən eşqi ilə döyünən, torpaqlarımızı düşməndən təmizləmək arzusu ilə yaşayan oğullarla birgə döyüşə yollandı. Az müddətdə bir-birinin ardınca qələbə qazanılan döyüşlərdə iştirak etdi. Amma düşmən gülləsi ondan yan keçmədi. Anasına: “Şəhid olaraq cənnəti qazanmaq xoşbəxtlikdir,”-deyən Mirhəmid şəhidlik zirvəsinə qovuşdu.

  İnanırıq ki, azad olunmuş torpaqlarımızda, gözəl Şuşamızda bayrağımızın dalğalanması, eşidilən azan səsləri bütün şəhidlərimizin ruhunu sevindirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi