Bu il uğur qazanan məzunlar

2019-2020-ci tədris ilində də məktəbimizin məzunları tam orta məktəb, eləcə də blok fənləri üzrə imtahanlarını müvəffəqiyyətlə verərək yüksək nəticələr əldə etdilər. Onlardan Cəfərov Rusal Hakim oğlu 664 bal, Abbasova Nərmin Sərvər qızı 662.4 bal, Məmmədova Əminə Əhməd qızı 639 bal topladılar. Məzunlarımızı təbrik edir, onlara ixtisas seçimi mərhələsində də uğurlar diləyirik.