“Xocalı-şəhid şəhər” adlı tədbir keçirildi

24 fevral tarixində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı-şəhid şəhər” adlı tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Esmira Məmmədova, Nəsimi Rayon İcra Hakimiyyətinin birinci müavini Gülarə xanım Verdiyeva, Nəsimi rayonu məktəb direktorları, Xocalı faciəsinin canlı şahidi Əzimov Allahverdi Əzim oğlu iştirak etdilər.
Faciənin şahidi Əzimov Allahverdi Əzim oğlu o dəhşətli günün-faciənin ağrı-acısından danışdı, xatirələrini bizlərlə bölüşdü.
Şagirdlərin ifasında Xocalıya həsr olunmuş mahnılar səsləndi. Ədəbi-bədii kompozisiya təqdim olundu. Soyqırımla bağlı kiçik bir səhnəcik göstərildi.
Tədbirin sonunda məktəbin direktoru Esmira xanım Məmmədova, Nəsimi Rayon İcra Hakimiyyətinin birinci müavini Gülarə xanım Verdiyeva çıxış etdilər. Gülarə xanım tədbirdə çıxış edən şagirdlərə öz ürək sözlərini, minnətdarlığını bildirdi.