Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər
Yanvarın 17-də məktəbimizdə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş sinif təşkilat saatları keçirilib.
Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərsləri tədris edən müəllimlər tərəfindən Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə şagirdlərə ətraflı məlumatlar verildi. Şagirdlər şəhidlərin ruhuna şeirlər səsləndirib, divar qəzetləri nümayiş etdiriblər.