Şagirdlər Şəhidlər xiyabanını ziyarət etdilər

Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı olaraq şagirdlərdə Vətənə məhəbbət hissini daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununu onlara düzgün aşılanması baxımından 5”A” sinif şagirdlərinin Fəxri xiyabana və Şəhidlər xiyabanına ziyarəti təşkil olunub. Məktəblilər ilk öncə Fəxri xiyabana gedərək ümummilli liderin məzarı üzərinə gül dəstəsi qoyub, onun xatirəsini ehtiramla anıblar. Şagirdlərə Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmərtləri olan tarixi şəxsiyyətlər haqqında məlumatlar verildi.

Daha sonra isə Şəhidlər xiyabanında olan şagirdlərə 5”A” sinfinin tarix müəllimi Səbinə Yusifova 20 Yanvar faciəsi barədə dolğun məlumatlar verib, xalqımızın şərəf salnaməsi olan 20 Yanvar hadisələrinin başvermə səbəblərindən və acı nəticələrindən danışmış, bu faciənin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu bildirmişdir.

Şagirdlər Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi