Qanlı 20 Yanvar-30 il

Azərbaycan xalqının tarixinə həm qanlı faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar olaraq məktəbdə silsilə tədbirlər keçirilir. Belə ki, sinif divar qəzetlərinin xüsusi buraxılışı hazırlanmış, IX-XI siniflər üzrə inşa, esse müsabiqəsi keçirilmiş, istedadlı şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil olunmuş, sinif təşkilat saatları şəhidlərimizin xatirəsinə həsr olunmuş, məktəb kollektivinin 20 Yanvar faciəsinin baş verdiyi məkanlara, eləcə də şəhidlərin əbədi uyuduğu Şəhidlər xiyabanına ziyarəti təşkil olunmuşdur.

Tədbirlərin yekunu olaraq məktəbdə ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbirdə 20 Yanvar faciəsi- qurbanlarının xatirəsi yad edilmiş, faciə ilə əlaqədar hazırlanmış videomateriallar nümayiş etdirilmişdir. Şagirdləin ifasında dövlətimizin müstəqilliyi uğrunda öz canlarını qurban vermiş şəhidlərə aid şeirlər söylənmiş, səhnəciklər göstərilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi