Tarixi böyük şəxsiyyətlər yaradırlar

     Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış, unudulmamışdır. Onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə örnək ola bilər.

    Dekabrın 24-də “Kiçik Akademiya”nın tarix kafedrasının fəalları Azərbaycanın tarixində böyük rol oynamış görkəmli şəxsiyyətlər haqqında öz araşdırmalarını təqdim etmək üçün bir yerə yığışdılar. 8"B" sinif şagirdi Qasımov Seymur və 8"C" sinif şagirdi Camallı Məhəmməd “Nadir şah Əfşar” mövzusunda təqdimatlarında Nadir şah Əfşarın yürüşləri haqqında maraqlı faktları işıqlandırdılar. 8"E" sinif şagirdi Şükürlu Tuncay “Qarabağ xanlığı” mövzusunda etdiyi çıxışında Qarabağ xanlığının təsərrüfatı, mədəniyyəti haqqında ətraflı məlumat verdi. 8ç sinif şagirdi İmranov Cavid Quba xanı Fətəli xanın fəaliyyəti haqqında araşdırmalarını təqdim etdi və onun Azərbaycan tarixində rolunu dəyərləndirdi. 8"B" sinif şagirdi Şükürlü Elgün “Şair ruhlu hökmdar – Şah İsmayıl Xətai” mövzusunda çıxış edərək, indiyə qədər ən böyük Azərbaycan dövləti - Səfəvilər Dövlətinin banisinin həyat və fəaliyyətinin işıqlandırdı. 8"C" sinif şagirdi Babazadə Leyla isə “Səfəvi-Osmanlı müharibələri “ mövzusunda təqdimatında Səfəvi-Osmanlı müharibələrinin acı nəticələrini və türk dünyasına vurduğu zərbəni aydın şəkildə çatdırdı.

    Azərbaycanın tarixi şəxsiyyətlərinin keçdiyi həyat yolu bizim üçün bir məktəbdir. Belə şəxsiyyətlərimizlə fəxr edir, öyünürük. Onlardan nümunə götürürük.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi