“Valideynin məktəbdə bir günü” adlı layihə məktəbdə reallaşdı

“Valideynin məktəbdə bir günü” adlı layihə 18 dekabr tarixində məktəbdə reallaşdı.

Səhər saatlarından məktəbə gələn valideynlərlə məktəbin direktoru Esmira xanım Məmmədova və məktəbin tədris hissə müdirləri ilə görüşü keçirildi. Məktəbin direktoru layihənin məqsədini valideynlərə açıqladı. O bildirdi ki, layihə valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olmasına, valideyn-müəllim münasibətinin möhkəmlənməsinə xidmət edir. Müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan ətraflı danışan direktor valideynləri aktiv olmağa, şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyəti genişləndirməyi tövsiyə etdi.

Daha sonra valideynlər siniflərdə olmuş, dərslərdə iştirak etmiş, fənn müəllimləri ilə görüşmüşlər. Şagirdlərin asudə vaxtları iştirak etikləri dərnəklərlə, kitabxanadakı şəraitlə tanış olmuşlar.

Valideynləri maraqlandıran suallar müəllimlər tərəfindən cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi