17 aprel – Ümumdünya Hemofiliya Günüdür

 

         Aprel ayının 16-da biologiya müəllimi Bayramova Yeganə tərəfindən X sinif şagirdləri ilə 17 aprel – Ümumdünya Hemofiliya Gününə həsr olunmuş maarifləndirici söhbət aparılıb. Söhbətin aparılmasının əsas məqsədi şagirdlərə Hemofiliya xəstəliyi haqqında məlumat vemək, onların sağlamlığının qeydinə qalmaqdan ibarət olub. Dərsdə məktəbin direktoru Abbasova Zümrüd və təşkilatçı Əkbərova Bahar da iştirak edib.

          Yeganə müəllim Hemofiliya xəstəliyi barədə şagirdlərə geniş məlumat verib. O, qeyd edib ki, Hemofiliya valideynlərin genləri ilə ötürülən nadir anadangəlmə xəstəlikdir. Bu xəstəliyə başqalarından yoluxma mümkün deyil. Hemofiliyalı xəstələrin qanında laxtalanma faktoru çatışmadığından onlarda qanaxma sağlam insanlara nisbətən daha uzun müddət davam edir. Hemofiliya ilə yalnız kişilər xəstələnir, genin ötürücüləri isə qüsurlu genin daşıyıcısı qadınlar olur. Ciddi xəstəlik hesab edilən hemofiliya vaxtında aşkarlanmazsa, ölümlə nəticələnə bilər.

Sonra müəllim bu xəstəliyin əsas səbəbləri - yaxın qohumların nikahı, radiasiyalı ətraf mühit, qida və tütün məmulatlarının təsiri olduğunu vurğulayıb.

          Dərsin sonunda videoslayd nümayiş olunub, şagirdlərin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi