"Ədəbiyyatımızda təbiət motivləri" mövzusunda təqdimat-dərs keçirilib

 

     Aprel ayının 16-da Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planına əsasən Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Seyran Cəfərli tərəfindən X “A” sinif şagirdləri ilə "Ədəbiyyatımızda təbiət motivləri"  mövzusunda təqdimat-dərs keçirilib. Dərsin keçirilməsinin əsas məqsədi dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsindən, şagirdlərə doğma Vətənimizin təbiətini qorumaq və ona məhəbbət hissini aşılamaqdan ibarət  olub.

    Dərsdə təşkilatçı Bahar Əkbərova da iştirak edib. Təqdimat-dərsdə Səməd Vurğunun "Çinarın şikayəti", Hüseyn Arifin "Şeir deyilmi?!", İlyas Əfəndiyevin "Şəhərdən gələn ovçu", Zahirə Cabirin "Təbiət vurğunu", Süleyman Rüstəmin "Təbiət ətri" əsərləri səsləndirilərək müzakirə edilib. Müzakirə zamanı müəllim  qeyd edib ki, bu əsərlərin hər birində təbiəti qorumaq, onun qeydinə qalmaq, yaşıllıqları, meşə zolaqlarını artırmaq, heyvanlara, bitkilərə qayğı göstərmək kimi fikirlər təbliğ edilib.

     Dərsin sonunda "Ana təbiətin insanlara məktubu" səsləndirilib və P. Xədicənin təbiət mövzusunda çəkdiyi rəsmlər nümayiş edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi