Azərbaycan cüdoçusu Balabəy Ağayev Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.
Balabəy Ağayevin verdiyi məlumata görə finala qədər bütün rəqiblərinə qalib gələn idmançımız həlledici mərhələdə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Balabəy Ağayev Bakı şəhəri 236 nömrəli tam orta məktəbin məzunu olub.