“Mürəkkəb cümlələr, tabesiz mürəkkəb cumlələr.”

29.10.2018-ci il tarixində Yavər Əliyev adına tam orta məktəbdə dil-ədəbiyyat müəllimi Vəliyeva Minə İsmayıl qizi 9-cu sinifdə “Mürəkkəb cümlələr, tabesiz mürəkkəb cumlələr.” mövzusunda açıq dərs keçirmişdir. Müəllim dərsi elektron lövhədə video göstərməklə başladı. Şagirdlər qruplara bölünmüş və hər bir qrup özünə ad seçmişdir. Dərs boyu lövhədə müxtəlif slaydlar göstərilmişdir, mövzuya uygun tapşırıqlar verilmişdir. Şagirdlərin fəal iştirakı və tapşırıqları məharətlə yerinə yetirmələri müxtəlif üsul və metodlarla verilmişdir. Dərsin sonunda şagirdlər şəkil üzrə cümlələr quraraq nitq bacarığını nümayiş etdirir. Komandalar 1-2-3-cü yerləri topladığı ballar əsasında müəyyən etdilər. Hər bir komandaya qazandıgı yerə görə diplomlar verildi.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi