"Dünyaya Sülh "salaq adlı tədbir

 

Senyabrın 21-də Yavər Əliyev adına 235 nömrəli  tam orta məktəbdə "Beynalxalq Sülh günü " nə həsr olunmuş tədbir keçirilib .Tədbir məktəbin IV sinifləri tərəfindən təşkil olunub. Q.Əsədullayeva və E.Əhmədzadə 4"B" və 4"C" sinifləri ilə hazırladıqları "Dünya xalqları " adlı kompozisiya çox rəngarəng və gözəl idi. Şagirdlərin dünya xalqlarının milli geyimlərini geyinərək öz dillərində salamlaşmaqları, əl-ələ  verərək "Qoy yer üzündə həmişə sülh olsun! " fikirlərin səslənməsi  tədbir iştirakçilarının marağına səbəb olub.

  F.Abdulrəhmanovanın 4"C" sinfi ilə hazırladığı  "Dünyaya sülh " rəqsi tədbiri daha da maraqlı edib.S.Hüseynova isə 4"A" sinfi ilə hazırladığı "Qoy həmişə günəş olsun!" kompozisıyası tədbiri yekunlaşdırıb.

  Tədbirdə məktəbin direktor vəzifəsini icra edən  Ş.Allahverdiyev 20% torpaqları işğal altında olan Azərbaycan üçün bu günün  nə qədər önəmli  olduğunu qeyd edib .Torpaqlarımızın erməni işğalından azad olacağını və üçrəngli bayrağımızın tezliklə Qarabağ üzərində  dalğalanacağını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi