“Bahar təravətli ömür” mövzusunda "Dəyirmi masa"

  19 aprel 2024-cü il tarixində fənn müəllimi İlahiyyə Allahverdiyevanın təşkilatçılığı ilə görkəmli alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Bahar təravətli ömür” mövzusunda “Dəyirmi masa” keçirilib.

Fənn müəllimi Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, oftalmologiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor, gözəl insan, fədakar ana Zərifə xanım Əziz qızı Əliyevanın elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətlərinin danılmaz olduğunu qeyd edib.

Zərifə xanıma həsr olunmuş sənədli film izlənilib.Sonda şagirdlər nurlu insana həsr edilmiş şeirlər söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi