"Elektrik mühəndisliyi" mövzusunda nümunəvi dərs

  Məktəbin Fəaliyyət planına uyğun olaraq Biologiya-Kimya-STEAM fənn aylığı çərçivəsində 16 aprel 2024-cü il tarixində məktəbin fənn müəllimi Sovqat Kelbiyevanın təşkilatçılığı ilə "Elektrik mühəndisliyi" mövzusunda nümunəvi dərs tədris olunub.

Dərsin məqsədi şagirdlərdə tənqidi düşünmə, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

“ Elektrik mühəndisliyi ” mövzusunda dərs zamanı şagirdlər günəş batareyalarından, əl generatorlarından istifadə etmişlər.

Bu cür dərslərdə iştirak etmək şagirdlərdə mühəndislik bacarığının inkişaf etdirilməsində mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi