“Təbiəti qoruyanlar" mövzusunda film nümayişi

 16 aprel 2024-cü il tarixində fənn müəllimi İlahiyyə Allahverdiyeva tərəfindən Biologiya, Kimya fənn aylığı çərçivəsində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Təbiəti qoruyanlar" mövzusunda film nümayiş olunub.

Məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsindən ibarət olub.

Film nümayişi zamanı şagirdlərə ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, yaşıl iqtisadiyyat və davamlı inkişaf, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi və s. mövzularda geniş informasiya verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi