"Ustad Şəhriyar" mövzusunda nümunəvi dərs

  09 aprel 2024-cü il tarixində məktəbin direktoru Seymur Yusibov tarix fənni üzrə 5d sinfində "Ustad Şəhriyar" mövzusunda nümunəvi dərs tədris edib.

Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Nümunəvi dərsdə fəal təlim üsullarından, slaydlardan istifadə olunub. Fənn müəllimi müxtəlif imkanlarından istifadə edərək, mövzunun dərindən mənimsənilməsinə nail olub. Dərsdə şagirdlərin fəallığı və sinifdə müəllim-şagird münasibətlərində demokratiklik təmin olunub. Daha sonra şagirdlər qruplara ayrılaraq onlara verilən tapşırıqları yerinə yetiriblər.

Dərsdə Təhsil İnstitutunun əməkdaşı da iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi