“Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda sinif təşkilat saatı

  Məktəbin illik fəaliyyət planına uyğun olaraq 3 aprel 2024- cü il tarixində ibtidai sinif müəllimi Fəridə Abdürrəhmanovanın təşkilatçılığı və şəhid Sarvan Mehralıyevin adını daşıyan 1c sinif şagirdlərinin iştirakı ilə “Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda sinif təşkilat saatı keçirilib.

 Məqsəd 2016-cı il aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsinin anılması, ordumuzun qüdrətinin, vətən sevgisinin təbliğidir.

Tədbirdə qeyd edilib ki, Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə qazanaraq düşmənin layiqli dərsini verib.

Sonda dördgünlük müharibə barədə, döyüşlər və milli qəhrəmanlarımız haqqında , Aprel döyüşçülərinin xatirəsinə həsr olunmuş videoçarxlar, slaydlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi