"Novruz töhvələri" adlı tədbir keçirilib

 18 mart 2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Elnarə Əhmədzadə tərəfindən hazırlanmış Novruz şənliyi bir daha sübut etdi ki, bu bayram torpağın oyanması, təbiətin təzələnməsi ilə başlanır.

Tədbirdə şagirdlər xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, ilaxır çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında geniş məlumat verib.

 Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi