“Novruz gəlir,yaz gəlir” adlı tədbir qeyd olunub

 18 mart 2024-cü il tarixində məktəbdə Quliyeva Yasəmən, Məmmədova Aysel və Sovqat Kəlbiyevanın təşkilatçılığı ilə 9-cu sinfinlər üzrə “Novruz gəlir,yaz gəlir” adlı tədbir qeyd olunub.

Məqsəd təhsilalanları mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdir.

 Sinif rəhbərlərinin təşkilatçılığı altında baş tutan tədbirdə xeyirxahlıq, dostluq, birlik rəmzi olan bu el bayramının əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə hər zaman çox sevildiyi, uca tutulduğu və layiqincə qorunub yaşadıldığı qeyd olunub. Şagirdlərin ifasında milli adət-ənənələrimiz nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi