Kiçik araşdırmalar böyük kəşflərə imza atır

Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Şahin Allahverdiyevin 20.02.2019-cu il tarixində verdiyi 28 nömrəli əmrinə əsasən, məktəbdə Kiçik Akademiya təsis olunmuşdur. Kiçik Akademiyanın prezidenti Sevda Rüstəmova, vitse-prezidenti İlahiyə Allahverdiyeva seçilmişdir. Akademiya iki bölmədən ibarətdir. Şirinova Ülkərin rəhbərlik etdiyi humanitar bölmə (Azərbaycan dili və ədəbiyyat, tarix, ingilis dili) və Kelbiyeva Sovqatın rəhbərlik etdiyi təbiət bölməsi (biologiya, coğrafiya, fizika, kimya). Akademiyanın 8 müəllim və 40 şagird üzvü vardır. Müəllimlər: 1. Şirinova Ülkər 2. Əliyeva Təranə 3. Əliyeva Könül 4. Qasımova Aysel 5. Quliyeva Nailə 6. Kelbiyeva Sovqat 7. Abdullayeva Şəbnəm 8. Məmmədova Türkan Kiçik Akademiyanın təsis olunmasında məqsəd məktəbin xüsusi fəallığı və istedadı ilə seçilən müəllim və şagirdlərinin əlavə məşğələlərə, araşdırmalara cəlb olunmasını, elmi, ədəbi-bədii tədbirlərdə iştiraklarının təmin olunmasını təşkil etməkdir. Kiçik Akademiyanın devizi belədir. "Kiçik araşdırmalar böyük kəşflərə imza atır".
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi