Neft Daşlarının 70 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 30-da məktəbin nəzdində fəaliyyət göstərən "Kiçik Akademiya"nın müəllim və şagird heyətinin təşəbbüsü ilə Neft Daşlarının 70 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fəxri qonaq qismində həyatını neft çıxarılması və istehsalına həsr etmiş qocaman neftçilər Əhmədov Səməd Baxış oğlu və Cəfərov Alim Nizam oğlu iştirak edib. Neft Daşlarının 70 illiyinə həsr olunmuş tədbirin keçirilməsində əsas məqsəd Neft Daşlarının yaranması, tarixi, coğrafiyası,ekologiyası, həmçinin qəhrəman neftçilərin həyatları barədə şagirdlərin apardıqları araşdırmaların təqdim olunması idi.   Tədbirdə ibtidai sinif şagirdləri də yaxından çıxış edərək öz musiqi və rəqs nömrələri ilə tədbirə rəng qatıblar. Tədbirin sonunda məktəbin direktoru Şahin Allahverdiyev qonaqlara söz verib.Qocaman neftçilər də öz növbələrində çıxış edərək Neft Daşlarının yaranması,tarixi haqqında məlumat veriblər,bu maraqlı təşəbbüsə görə şagirdlərə və müəllimlərə öz minnətdarlıqlarını bildiriblər.Daha sonra məktəbin direktoru Şahin Allahverdiyev qonaqlara plaketlər təqdim edib və xatirə şəkilləri çəkilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi