"Kiçik Akademiya"nın hesabat xarakterli yekun iclası keçirilib

12.06.2019-cu il tarixində Yavər Əliyev adına 235nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının hesabat xarakterli yekun iclası keçirilib.İclası açıq elan edən Akademiyanın prezidenti Sevda Rüstəmova çıxış edərək yarandığı gündən etibarən Akademiyanın heyata keçirdiyi işlər barədə məlumat verib. Bildirib ki,20.09.2019-cu il tarixində məktəbin direktoru Şahin Allahverdiyevin verdiyi 28N-li əmrə əsasən, "Kiçik Akademiya" təsis olunub. Akademiya Humanitar və Təbiət olmaqla 2 bölmədən ibarətdir, 8 müəllim və 40 şagird üzvü var. Akademiyanın vitse- prezidenti İlahiyə Allahverdiyeva, Humanitar bölməyə rəhbər Ülkər Şirinova, Təbiət bölməsinə isə Sovqat Kelbiyeva seçilmişdir. "Kiçik araşdırmalar böyük kəşflərə imza atır" devizi ilə fəaliyyət göstərən Akademiyanın yaradılmasında əsas məqsəd xüsusi bacarığı, istedadı və fəallığı ilə seçilən müəllim və şagirdlərin əlavə məşğələlərə, araşdırmalara cəlb olunmasını, elmi,ədəbi-bədii tədbirlərdə iştiraklarını təmin etməkdir. Qısa müddətdə Akademiyanın səmərəli fəaliyyəti üçün zəruri avadanlıqlar,bayraq və emblemlər, eləcə də dəftərxana ləvazimatları ilə təchiz edilmiş kabinet ayrılmışdır.Yarandığı qısa müddətdə Akademiyanın müəllim və şagird heyəti inamla çalışmış, uğurlu işlərə imza atmışdır. Buna ən bariz nümunə kimi 01.05.2019-cu il tarixində "Pirallahını tanıyaq" layihəsinin təqdimatının yüksək səviyyədə həyata keçirilməsini,daha sonra şagirdlərin tarixi yerlərə araşdırma xarakterli ekskursiyalarının təşkilini göstərə bilərik. Belə ki,13Aprel tarixində Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna, 9May tarixində Şəki Xan sarayı və Kiş Alban məbədinə, 18May tarixində Binə Atçılıq Federasiyasına,Zoobulvar Uşaq Əyləncə Mərkəzinə, Zirə Ekopark İstirahət və Əyləncə Mərkəzinə, nəhayət, 6İyun tarixində Quba-Qusar-Laza bölgələrinə elmi-tədqiqat, əyləncə-istirahət xarakterli ekskursiyalar təşkil olunmuşdur. İnanırıq ki, gələcəkdə də bu cür ekskursiyalarımız davamlı şəkildə həyata keçiriləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi