“Kiçik Akademiya”nın müəllim və şagird heyətinin Şəki şəhərinə ekskursiyası

    235 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sının müəllim və şagird heyətinin Azərbaycanın qədim tarixə malik dilbər guşəsi Şəki şəhərinə tədqiqat xarakterli ekskursiyası baş tutub. Yol boyu Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuzun da görməli yerlərində olublar. Şəkiyə çatdıqda əsası 1925-ci ildə qoyulmuş, Rəşid bəy Əfəndiyevin adını daşıyan Şəki tarix Diyarşünaslıq Muzeyində olublar. “Kiçik akademiklər” muzeydə sərgilənən Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponatla tanış olublar. Daha sonra Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, 1761-1762-ci illərdə memar Hacı Zeynalabdin Şirvaninin Şəki xanı Hüseyn xan Müştaqın şərəfinə inşa etdiyi Şəki Xan Sarayında olublar. Şagirdlər burada tədqiqat apararaq öyrəndilər ki, 2 mərtəbədən 7 otaqdan ibarət saray yaşayış xarakterli deyil, divanxana olmuşdur. Aşağı mərtəbə kişilər, yuxarı mərtəbə isə qadınlar üçün nəzərdə tutulubmuş. Yuxarı mərtəbədəki qadınların aşağıda kişilərin apardıqları söhbətləri eşitməmək üçün iki mərtəbə bir-birindən qalın torpaq qatı ilə izalə edilib . Ən çox marağa səbəb olan isə zalların pəncərə çərçivələrinin vitraj xarakterli şəbəkə-pəncərələrdən ibarət olması və hər bir zalın təkrarlanmayan xüsusi fasad rəsmləri ilə bəzənməsi olub. Sarayda rəsmlər 4 qrupa bölünür: həndəsi  və nəbati naxışlı, süjetli, heyvan və bitkilərin təsvir edildiyi rəsmlər. Şagirdlər onu öyrəndilər ki, saray bir neçə dəfə restavrasiya olunsa da, ümumi görünüşünə, rəsmlərinə heç bir xələl gəlməmişdir. Daha sonra “akademiklər” Qafqazın ilk kilsəsi sayılan Kiş Alban Məbədində oldular. Öyrəndilər ki, məbədi xristianlığı Albaniyada yaymaq üçün bura gələn Müqəddəs Yelisey tikdirmişdir. Hal-hazırda kilsə kimi fəaliyyət göstərən məbəd də onun adını daşıyır. Məbəd ərazidə tapılmış Qafqaz Albanlarına aid məzarlar, eləcə də məişət əşyaları və digər qədim qalıqlar şagirdlərdə böyük maraq doğurub. “Kiçik Akademiya”nın müəllim və şagird heyəti müvafiq araşdırmalarını apardıqdan və qeydlər götürdükdən sonra Şəkidən gözəl təəssüratlarla ayrılıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi