"Pirallahı tanıyaq" layihəsi

  Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin direktoru Şahin Allahverdiyevin 20.02.2019-cu il tarixində verdiyi 28 nömrəli əmrinə əsasən, "Kiçik araşdırmalar böyük kəşflərə imza atır" devizi ilə məktəbdə "Kiçik Akademiya" təsis olunub. Akademiyanın Prezidenti məktəbin coğrafiya müəllimi S.Rüstəmova, vitse-prezidenti biologiya müəllimi İ.Allahverdiyeva təyin olunub.      1 may 2019-cu il tarixində Y.Əliyev adına 235 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən ”Kiçik Akademiya"nın  müəllim və şagird heyətinin təşəbbüsü və fəaliyyəti nəticəsində "Pirallahını tanıyaq" layihəsinin təqdimatı keçirilib. Təqdimatda fəxri qonaqlar arasında Pirallahı Rayon İcra Hakimiyyəti  başçısının müavini Anara xanım Hacıbəyli, Pirallahı Rayon Yeni Azərbaycan Partiyasının sədri Hikmət Şikarov, Pirallahı Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Fəxrəddin Babayev, Vaqif Mustafazadə adına Mədəniyyət Sarayının müdiri Afət İbrahimova, Bakı Şəhəri Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodisti Sədaqət Məmmədova, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Sevda Bəşirova, Pirallahı rayonunda yerləşən məktəblərin direktorları, Pirallahı Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov və şuranın üzvü Səməd Əhmədov, qocaman neftçi Süleyman Süleymanov, Milli qəhraman Yavər Əliyevin, Arif Rəhimovun, Aprel şəhidi  Sarvan Mehrəliyevin ailə üzvləri iştirak ediblər. "Pirallahını  tanıyaq" layihəsinin keçirilməsində əsas məqsəd Pirallahının tarixi, coğrafiyası, iqlimi, flora faunası, Milli qəhrəmanları haqqında geniş məlumat vermək, eyni zamanda çoxmillətli Pirallahı rayonundakı tolerantlığı nümayiş etdirməkdən ibarət olub. Layihənin hazırlanmasında məktəbin kiçik akademiyasının müəllim və şagird heyəti eyni zamanda məktəbin digər fəal şagirdləri iştirak ediblər.      Sonda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara xanım Hacıbəyli çıxış edərək layihənin yüksək səviyyədə təşkil olunmasına görə məktəb rəhbərliyinə öz dərin təşəkkürünü bildirib və "kiçik akedemiklər" ə uğurlar arzulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi