Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekspedisiyası təşkil olunub.

13 Aprel 2019-cu il tarixində Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının müəllim və şagird üzvlərinin Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekspedisiyası təşkil olunub. Şagirdlər əvvəlcə qoruğun yerləşdiyi coğrafi şərait, iqlimlə tanış oldular, paytaxt Bakıdan 56 km aralıda yerləşən Qoruğun Mezolit dövrünün abidəsi olduğunu öyrəndilər. Daha sonra Qobustanın "Cingirdağ", "Ana zağa", "Ovçular zağası", "Yeddi gözəl"mağarası, "Çardaq zağa" kimi mağaralarında araşdırmalar apardılar, burada tapılmış qədim insan və heyvan sümükləri, qayaüstü rəsmlər haqqında məlumat topladılar. Eləcə də "kiçik akademiklər" Qobustanın flora və faunası haqqında tədqiqat apardılar, bu yerlərin vaxtilə ot yeyən heyvanların örüş yeri olduğunu, çöl heyvanlarından öküz, at, keçi, maral, vəhşi heyvanlardan pələng, canavar, tülkü, çaqqal və başqa yırtıcıların məskəni olduğunu öyrəndilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi