“Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəb turu
2 dekabrda II - IV sinif şagirdləri arasında “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəb turu keçirilib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri aşkara çıxartmaqdır. Bu müsabiqədə II, IV sinif şagirdləri fəallıq göstəriblər. Sonda məktəbdaxili mərhələnin qalib komandası müəyyən edilib.