“Qədim Babilistan dövləti” mövzusunda nümunəvi dərs
Tarix müəllimi Nəcəfova Şəlalə 6a sinfində “Qədim Babilistan dövləti” mövzusunda nümunəvi dərs keçirib. Dərsdə İKT imkanlarından istifadə edilərək videoçarx nümayiş etdirilib. Qruplarla iş zamanı şagirdlər konkret zaman müddətində verilmiş tapşırıqları yerinə yetiriblər. Qruplar arasında yarış keçirilib, şagirdlər maraqlı krossvord tərtib ediblər. Müəllim tərəfindən həm fərdi qiymətləndirmə, həm də qrupların qiymətləndirilməsi aparılıb.