“ Tam hüquqlu vətəndaşlarıq” adlı tədbir keçirilib
Noyabrın 4-də məktəbimizin ibtidai sinif müəllimi Cəbrayılova İradə və 4a sinif şagirdlərinin iştirakı ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “ Tam hüquqlu vətəndaşlarıq” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi və Xəzər rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Dilşad Nuriyeva iştirak edib.
Uşaqlar hüquqlarına, vəzifələrinə uyğun olaraq səhnəciklər göstərib. Xüsusilə fiziki məhdudluğu olan şagirdlərin təhsilə cəlb olunması səhnəcikdə öz əksini tapıb. Sülhə, dostluğa həsr olunmuş mahnı və rəqslər daha çox diqqəti cəlb edib.