“Mən və hüquqlarım” adlı təşkilat saatı keçirilib

Oktyabrın 31 də “Uşaq Hüquqları aylığı” ilə əlaqədar 9a sinfində sinif rəhbəri Əzizə Məmmədovanın rəhbərliyi ilə “Mən və hüquqlarım” adlı təşkilat saatı keçirilib. Şagirdlər öz çıxışlarında uşaqların iqtisadi , sosial, mədəni, və siyası hüquqlara malik olmasının Uşaq Hüquqları Konvensiyasında öz əksini tapdığını vurğulayıblar.

“Ailə”, “Təhsil”, “ Səhiyyə”, “İstirahət” adlı qruplarda iştirak edən şagirdlər hazırladıqları vasitələrlə bir daha göstəriblər ki, hər bir şagirdin hərtərəfli vətəndaş kimi yetişməsi üçün onun ilk növbədə öz hüquq və vəzifələrini bilməsi çox vacibdir. “İstirahət” qrupunun şagirdləri asudə vaxtlarından səmərəli istifadə etdiklərini çəkdikləri rəsmlərlə, oxuduqları nəğmələrlə və söylədikləri şeirlərlə bir daha nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi