28 oktyabr – Beynəlxalq Məktəb Kitabxanalar Günü
28 oktyabr – Beynəlxalq Məktəb Kitabxanalar Günü münasibətilə kitabxana müdiri S.Sultani və ingilis dili müəllimi N.Musayevanın təşəbbüsü ilə 4 a,b,c siniflərinin iştirakı ilə “Our School Library” (Bizim məktəb kitabxanamız) tədbiri keçirilib. Tədbirdə şagirdlər səhnəcik göstərib, mahnı ifa ediblər. Tədbirin əsas məqsədi şagirdlərin mütaliəyə olan marağını daha da artırmaq idi. Tədbirdə məktəbimizin direktoru Könül Məmmədli də iştirak edib. O, kitabların şagirdlərin həyatında necə mühüm yer tutduğunu söyləyib şagirdlərə fəal oxucu olmağı arzulayıb.