V siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq
Oktyabr ayının 26-da Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən V sinif şagirdlərinin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə monitorinq keçirilib.