“Kimya – biologiya aylığı” çərçivəsində açıq dərs
“Kimya – biologiya aylığı” çərçivəsində məktəbimizin kimya müəllimi Atakişiyeva Reyhan 9a sinfində “Alüminium və onun birləşmələri ” mövzusunda açıq dərs keçirib. Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər. Dərs zamanı şagirdlər fəal iştirak ediblər, təcrübələri yerinə yetiriblər. Müəllim yeni təlim metodlarından istifadə edərək qarşıya qoyduğu təlim nəticələrinə nail olub.