"Valideyn - uşaq", "ailə - məktəb" münasibətləri mövzusunda görüş keçirildi

Məktəbin fəaliyyət planına əsasən 20.02.2016-cı il tarixində məktəbimizin akt zalında Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə "valideyn - uşaq", "ailə - məktəb" münasibətləri mövzusunda ibtidailərin valideynləri ilə görüş keçirilib. Psixoloq Mətanət Abdullayeva, loqoped Gülşən Qafarova, sosial işçi Aynur Mürsəlova və Nəbz klinikasının psixiatrı Bəxtiyar Mustafayev valideynlərə uşaqların psixoloji vəziyyətini nəzərə almaq,onlara cəmiyyətdə düzgün mövqe tutmaq, valideyn - övlad münasibətlərini təşkil etmək haqqında ətraflı məlumat veriblər, həmçinin diskussiya zamanı müzakirələrə tərbiyə işləri üzrə direktor müavini Elmira Əliyeva, ibtidai sinif müəllimləri Tənzilə Tağıyeva, Solmaz Rəhimova, Cəlalə Məhərrəmova və Fəridə Əkbərova öz münasibətlərini bildiriblər. Qonaqlara və görüşü təşkil edən ibtidai sinif müəllimi Cəlalə Məhərrəmovaya dərin təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi