Vətən üçün yaşayanlar, yaşadır vətəni
Emin Əliyev adına 234№-li tam orta məktəbdə 10.11.2015-ci il tarixində keçirilən 9 noyabr Azəbaycan Dövlət Bayrağı gününə həsr olunmuş "Vətən üçün yaşayanlar, yaşadır vətəni" ədəbi-bədii tədbiri məktəbin tarix müəllimi Babayeva Zemfira açdı. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. VIII, IX, X sinif şagirdləri tərəfindən söylənilən şeir və mahnılar bayrağımızın nə qədər əzəmətli və möhtəşəm olduğunu əks etdirirdi. VIII sinif şagirdi Ağayev Ramidin "Yaşa-yaşa Azərbaycan", "Qarabağ" mahnılarını canlı ifa etməsi bütün tədbir iştirakçıları tərəfindən bəyənildi. Bayrağımıza olan sevginin təsiri ilə VIII və X sinif şagirdlərinin öz yazdıqları şeiri söyləmələri hamı tərəfindən alqışlarla qarşılandı. Sonda isə əsgər forması geyinmiş şagirdlər bayrağımızı səhnəyə gətirərkən Zemfira müəllimənin çıxışı ilə tədbir yekunlaşdı.