Su çərşənbəsi

21.02.2017 tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyevanın rəhbərliyi ilə VC və XA sinif şagirdləri “Su çərşənbəniz mübarək!” adlı ədəbi-bədii kompozisiya hazırlamışdılar. Şagirdlər su ilə bağlı atalar sözləri, tapmacalar söylədilər, alqış və inanclar səsləndirdilər, kiçik tamaşalar göstərərək milli rəqs ifa etdilər. Sazlı-sözlü bu tədbir hamıya bayram əhval ruhiyyəsi bəxş etdi.