Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi.

21 Fevral Beynəlxalq Ana Dili Günüdür. Bu münasibətlə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyevanın hazırladığı ədəbi-bədii musiqili tədbir Dövlət Himninin sədaları altında açıldı. Tədbirdə şagirdlərimizin ifasında ana dilimizə məhəbbətdən yoğrulmuş şeirlər və mahnılar səsləndirildi, səhnəciklər göstərildi.Tədbirin sonunda məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova çıxış edərək tədbir iştirakçılarına təşəkkür etdi, "Azərbaycan dili və ədəbiyyatı aylığı" çərçivəsində keçirilən müsabiqələrdə qalib gəlmiş şagirdləri fəxri fərmanlarla təltif etdi. Tədbir məktəb xorunun ifasında "Şirin dil" mahnısı ilə sona çatdı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi